Putinin devrilməsi burada baş tuta bilər – Politoloq AÇIQLADI
“Rusiya lideri Vladimir Putin nüvə çantası ilə Volqoqrada (Stalinqrad döyüşünün ildönümü münasibətilə) gəlib. O, Qərbə 1943-cü ildə SSRİ-nin ciddi itkilər verməsinə baxmayaraq Stalinqradı azad etməsi fonunda Almaniyaya qarşı döyüşdə dönüş yaratması mesajını verdi”. Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiya Ukraynada ciddi itkilərə rəğmən döyüşü davam etdirir və qalib gəlməyincə geri addım atmayacağını xüsusi olaraq nümayiş etdirir: “Məhz Volqoqrad gəlişi və Stalinqrad döyüşünü anması Moskvanın geri addım atmayacağını göstərir. V.Putin ötən gün Qərbi nüvə silahı ilə təhdid etdi və bu gün Volqoqrada nüvə çantası ilə gələrək blef etmədiyini göstərdi. O, Qərbin Ukraynaya verdiyi ağır silahların döyüşün taleyini Kiyevin lehinə çevirəcəyindən narahatdır. Məhz Ukraynanı taktiki nüvə silahı ilə vuracağından çəkinməyəcəyini nümayiş etdirir. V.Putinin buna getməsi mümkündür, amma sözügedən addım onun bunkerdə devrilməsi ilə nəticələnə bilər”.