Səfirlikdən Türkiyədəki vətəndaşlarımıza müraciət
Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib. Bu barədə diplomatik nümayəndəlikdən bildirilib. “Qəhramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərər çəkən Azərbaycan vətəndaşlarının +90 532 577 61 68 nömrəli qaynar xətt vasitəsilə Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur”, - səfirlikdən qeyd olunub. Qeyd edək ki, bu gecə Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, 76 nəfər ölüb.
Oxunub: 149
Xəbəri paylaş
Paylaş: