Ərdoğan zəlzələ bölgəsinə gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda zəlzələdən zərər çəkmiş yerlərdə araşdırmalarda iştirak etmək üçün bölgəyə gedir. AK Partiya Adıyaman millət vəkili Yakup Taşın qardaşı Ahmet Taşla danış Türkiyə lideri bölgəyə səfər edəcəyini açıqlayıb. “Allah səbr versin. Rəbbim Yakup qardaşımızı şəhidlər sırasına daxil edər inşallah. Təbii ki, xanımı da eyni şəkildə şəhadət şərbətini içdi. Mən bütün Taş ailəsinə ürəkdən salamlarımı və sevgilərimi göndərirəm. Mən də zəlzələ baş verən bölgəyə səfər edəcəyəm, Adıyamana da gedəcəyəm inşallah. Rəbbim yar və yardımçımız olsun”, - Taş ailəsinə başsağlığı verən Ərdoğan qeyd edib. Türkiyə Prezidentinin zəlzələnin episentri olan Kahramanmaraşa, oradan da Pazarcık rayonuna keçəcəyi gözlənilir.