Suriyada İŞİD-in iki lideri öldürüldü
"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların başçılıq etdiyi ölkələr qrupunun İraqda və Suriyada keçirdiyi "Sarsılmaz qətiyyət" əməliyyatı qərargahının bəyanatında bildirilir.
"Mayın 17-də "Suriya Demokratik Qüvvələri" koalisiya ilə birgə Deyr-ez-Zor əyalətində İŞİD-in mövqelərinə zərbə endirdi. İŞİD-in iki lideri – Əhməd İsa İsmayıl əz-Zavi və Əhməd Abd Məhəmməd Həsəm əl-Cuqayfi bu əməliyyatın gedişatında həlak oldular", - sənəddə deyilir.
Qeyd edilir ki, terrorçulardan birincisi Bağdadın şimalında qruplaşma üzvləri arasında rəhbərliyin göstərişlərinin yayılması ilə məşğul olub, ikinci şəxs isə silahın əldə olunmasına və digər məsələlərə cavabdehlik daşıyıb.