15 yaşlı oğlan anasını öldürüb, intihar görüntüsü yaratdı -
Bakıda müəmmalı cinayət
Bakıda intihar kimi qeydə alınmış hadisənin qəsdən adam öldürmə olması müəyyən edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1977-ci il təvəllüdlü Solmaz Mansurovanın intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində hadisənin intihar deyil, qəsdən adam öldürmə olması aşkarlanıb. Belə ki, 2007-ci il təvəllüdlü S.A (ad şərtidir) həmin tarixdə anası Solmaz Mansurovanı yaşadıqları mənzildə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, S.A şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.