Rüstəm Usubov:
"Bundan sonra nə olacağını bilmirəm"
"Prezidentin sərəncamı varsa, onda hansı şərh verilə bilər? Mən artıq baş prokurorun birinci müavini deyiləm"
Bu barədə baş prokurorun birinci müavini vəzifəsindən azad edilmiş Rüstəm Usubov yerli medianın sorğusuna cavab verən zaman deyib.
İstefadan sonra nə edəcəyi barədə suala R. Usubov hələlik heç nə deyə bilmədiyini söyləyib.
"Bundan sonra nə olacağını bilmirəm" , - o deyib.
Usubov bəzi mediada guya milyon dollarlıq əmlaka sahib olduğu ilə bağlı məlumata cavab verməkdən imtina edib.
Oxunub: 345
Xəbəri paylaş
Paylaş: