Maskdan inanılmaz addım: öz itini Tvitterin baş direktoru təyin etdi
Amerikalı milyarder İlon Mask öz itini Tvitterin yeni baş direktoru təyin etdiyini açıqlayıb.
Bu barədə o, Tvitter hesabında paylaşım edib.
“Tvitterin yeni SEO-su heyrətamizdir. O biri oğlandan qat-qat yaxşıdır”, - Mask bildirib.
Qeyd edək ki, Mask iş yerinin arxasındakı stulda oturan Şiba İnu cinsindən olan itinin şəklini yayımlayıb. Cədvəldə itin adını göstərən sənədləri də görmək mümkündür.
Oxunub: 128
Xəbəri paylaş
Paylaş: