Bakıda usta təmir etdiyi “Leksus”u oğurladı
Bakıda usta təmir etdiyi avtomobili oğurlayıb. Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Belə ki, paytaxtın Nizami rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən “Leksus” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmin sexdə usta işləyən Bakı şəhər sakini Qurban Əhmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 117
Xəbəri paylaş
Paylaş: