Rusiyada yenə zəlzələ oldu
Rusiyanın Saxalin vilayətində 3,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar fevralın 17-nə keçən gecə Saxalinin mərkəzi hissəsində, Smirnıxovsk rayonunda qeydə alınıb.
Globall.az xəbər verir ki, bu barədə "TASS" agentliyi Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin region üzrə bölməsinə istinadən məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Pilvo kəndindən 17 km şərqdə, 10 km dərinlikdə yerləşib. Yeraltı təkanları Smirnıxovsk rayonunun Onor kəndinin sakinləri hiss ediblər. İnsanlar yüngül bir tərpənmə hiss ediblər və hətta gecənin ortasında oyanıblar.
Xatırladaq ki, fevralın 15-də Kamçatkanın şərq sahilləri yaxınlığında üç zəlzələ baş verib.
Oxunub: 169
Xəbəri paylaş
Paylaş: