ABŞ-da koronavirus:
Yoluxanların sayı 1 647 212 nəfərə, ölənlərin sayı 97 696-ya çatıb
ABŞ-da son sutkada 1 307 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.
APA-nın xəbərinə görə, bu barədə Con Hopkins İnstitutu məlumat yayıb. Bildirilib ki, indiyədək ABŞ-da infeksiyaya yoluxaraq vəfat edənlərin sayı 97 696-ya çatıb.
Ölkədə son sutkada 24 870 yoluxma qeydə alınıb. Bununla da Birləşmiş Ştatlarda COVID-19-a yoluxanların sayı 1 647 212 nəfərə çatıb.
Oxunub: 325
Xəbəri paylaş
Paylaş: