Yeni alınan qatarlar tunelə sığmadı - Məmurlar istefaya getdi
İspaniya rəsmiləri tunellərə sığmayan sifarişli qatarlara görə istefa verib.
Globall.az “Yevropeyskaya Pravda”ya istinadən xəbər verir ki, İspaniyanın iki şimal bölgəsi üçün qatarların layihələndirilməsindəki böyük səhv nəqliyyat sənayesində iki yüksək rütbəli məmurun istefasına səbəb olub.
Məlumata görə, bir neçə həftə bundan əvvəl 2020-ci ildə Asturiya və Kantabriya bölgələri üçün sifariş edilmiş 31 darqabarlı şəhərətrafı və ortaölçülü qatarın bu bölgələrin tunellərinə sığmayacağı məlum olub.
Qatarların tunelləri nəzərə almaqla yenidən dizayn ediləcəyi bildirilir ki, bu da onların çatdırılmasında xeyli gecikmələrə səbəb olacaq.
Qeyd edilir ki, bu xoşagəlməz hal Nəqliyyat üzrə Dövlət Katibi İzabel Pardo de Vera və dövlət dəmir yolu şirkətinin prezidenti İsaias Taboasın istefa verməsinə səbəb olub. Onlar vəzifələrindən azad edilmək üçün ərizə yazıblar.