Molla rejimindən gülünc iddia: Bu silahlar...
İranın cənubunda içində 5 minə yaxın soyuq silah olan gəmi saxlanılıb.
İran sərhəd qoşunlarının komandanı Əhməd-Əli Qodarzi qaçaqmalçılıq yolu ilə gətirilən ABŞ istehsalı olan bu silahların ölkədə iğtişaşlar törədən radikallar üçün nəzərdə tutulduğunu bildirib.
"Buşehr əyalətində içində 5000-dən çox qılınc və xəncər olan gəmi tapılıb, silahlar ABŞ istehsalıdır”, - Qodarzi deyib.
Xatırladaq ki, 2022-ci ilin dekabrında İran təhlükəsizlik qüvvələrinin Sistan və Bəlucistan əyalətində 4 qaçaqmalçı dəstəsini saxladığı xəbəri yayılmışdı. Həmin vaxt təxminən 100 hərbi silah və xeyli miqdarda sursat ələ keçirilmişdi.
Oxunub: 122
Xəbəri paylaş
Paylaş: