Kirayə pulunu verə bilmədi, azyaşlı qızı ilə küçədə qaldı -
VİDEO
Bakıda kirayə pulunu verə bilməyən qadın küçədə qalıb. Globall.az xəbər verir ki, azyaşlı uşaqla küçədə oturan qadının qalmağa yeri yoxdur. Qadın bildirib ki, əməliyyat olunduğu üçün işləyə bilmir. Səkkiz yaşlı qızı ilə küçədə oturan qadın deyib ki, tanışının işdən gəlməsini gözləyir. Baku TV əməkdaşları qadına sığınacaqda qalmağı təklif etsələr də, o buna razı olmayıb. Sonda tanışının evində gecələyəcəyini bildirən qadın evinin kirayəsinin ödənilməsi üçün kömək istəyib.
Oxunub: 483
Xəbəri paylaş
Paylaş: