Zəlzələdə dağıntılar altında qalıb öldü, qəbirə qoyularkən DİRİLDİ
Dağıntılar altından çıxarılan və Suriyada öldüyü qeyd edilən Əhməd əl-Mağribi dəfn mərasimi zamanı dirilib. İddialara görə, ürəyi dayandığı üçün öldüyü ehtimal edilən şəxs 2 gün morqda qalıb.
Globall.az xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlər Türkiyə və Suriyada on minlərlə insanın ölümünə səbəb olub. Zəlzələdən ağır zərbə alan Suriyada axtarışlar zamanı maraqlı hadisə yaşanıb. Suriyada baş verən zəlzələnin dağıntıları arasında ölü tapılan şəxs dəfn mərasimində dirilib.
Əhməd əl-Mağribi Suriyanın Atarib qəsəbəsində çökmüş binadan çıxarıldıqdan sonra onun öldüyü məlum olub.
Həkimlər və tibb işçiləri ailə üzvlərinin onun şəxsiyyətini müəyyənləşdirməsini gözləyərkən Məğribinin meyitini morqa qoyublar.
ÜRƏYİ DAYANIB
Öldüyü ehtimal edilən Məğribinin dəfn mərasimi zamanı hərəkət etdiyi iddia edilib. Yerli media xəbər verir ki, nadirən olsa da ürək dayandıqdan sonra yenidən işə düşə bilər.