Blinken ilk dəfə bu türk şəhərinə getdi
Blinken dövlət katibi vəzifəsinə təyin edildikdən sonra ilk dəfə Astanaya gəlib.
Globall.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken ən yüksək diplomatik vəzifəyə gəldikdən sonra Mərkəzi Asiya ölkələrinə səfəri çərçivəsində ilk dəfə Astanaya gəlib.
Məlumata görə, onun səfəri Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın ildönümü ilə əlaqədardır.
Blinken Astanada prezident Kasım-Jomart Tokayevlə görüşəcək və Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə danışıqlar aparacaq. Həmçinin, amerikalı diplomat Mərkəzi Asiya ölkələrinin və ABŞ-ın xarici işlər nazirlərinin C5+1 formatında keçiriləcək görüşündə iştirak edəcək.
Daha sonra Özbəkistana yollanacaq və orada prezident Şavkat Mirziyoyevlə görüşəcək.
Asiyaya mini turdan sonra isə dövlət katibinin Hindistana səfəri gözlənilir.