Televiziya yayımları kəsildi, bütün uçuşlar dayandırıldı -
Rusiyada NƏ BAŞ VERİR?
Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov bomba kimi düşən açıqlama verib. Globall.az xəbər verir ki, ABŞ-ın Rusiyanın “xüsusi hərbi əməliyyatlar” keçirdiyi bölgədə zəhərli kimyəvi silahlarla hücum təşkil edəcəyi ilə bağlı açıqlamalara eyham vurub. “Bu məlumatı ABŞ və cinayətkar müttəfiqlərinin Ukraynada provokasiya həyata keçirmək niyyəti kimi qiymətləndiririk. Fevralın 10-da tərkibində kimyəvi maddələr olan qatar əcnəbi vətəndaşların müşayiəti ilə Kramatorska gəlib və Kuybışev metallurgiya zavodunun ərazisinə aparılıb. Yük Ukrayna Təhlükəsizlik Xidmətinin (SZBU) zabitlərinin və Ukrayna Silahlı Qüvvələrinin komandanlığının nəzarəti altında boşaldılıb. Vaqonda 16 bağlı metal qutu olub. Onların yarısında kimyəvi təhlükə işarəsi, BZ yazısı və iki qırmızı zolaqlı işarə var idi”,- deyə o söyləyib. Bundan əlavə, Rusiya televiziyası və radio kanalları bu gün ani bir mesajla efiri yarımçıq saxlayıb. “Diqqət” Hava hücumu siqnalı aktivdir. Dərhal sğınacaqlara gedin. Diqqət! Raket hücumu təhdidi var” - xəbərdarlıqda deyilir. Sözügedən mesaj xalq arasında panikaya səbəb olub. Rusiya Fövqəladə Hallar Nazirliyi teleqramda verdiyi açıqlamada sözügedən xəbərdarlığın hakerlərin hücumu nəticəsində baş verdiyini açıqlayıb. Rusiyada əhali arasında çaşqınlıq yaradan digər bir məsələ isə Sankt Peterburq şəhərində yerləşən Pulkovo hava limanının uçuşların ləğv edildiyini açıqlaması olub. Təyyarə reysləri təxirə salınsa da, səbəb açıqlanmayıb. Rusiya xəbər portalları səmada naməlum cisim görüldüyünü və hərbi təyyarələrin bölgəyə cəlb edildiyini iddia etsə də, beynəlxalq agentliklər xəbəri təsdiqləməyib. Uçuş izləmə saytlarının məlumatına görə, Sankt-Peterburqa uçan bir çox təyyarə marşrutunu dəyişməli və ya geri dönməli olsa da, sonradan hava limanında vəziyyət normala qayıdıb.