Fransa yığmasının futbolçusu dünya çempionu medalını satdı

Bu barədə “Le Soir” xəbər yayıb.
Mükafatından ayrılmaq istəyən oyunçunun adı açıqlanmır. O, medalını 66 min avroya (122 410 AZN) satıb.
Xatırladaq ki, 2018-ci ildə futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçirilib. Fransa komandası finalda Xorvatiya komandası ilə oynayıb və 4:2 hesabı ilə qalib gəlib.
Oxunub: 374
Xəbəri paylaş
Paylaş: