“Sputnik V” vaksininin yaradıcılarından biri öldürüldü -
QATİL İSƏ...
Koronavirusa qarşı “Sputnik V” vaksininin yaradıcılarından biri olan rusiyalı virusoloq Andrey Botikov Moskvada evində qətlə yetirilib. Bu barədə məlumatı “Regnum” agentliyi yayıb. İnsident martın 2-si baş verib. İstintaq məlumatına görə, alimlə 29 yaşlı bir gənc arasında dava düşüb. Dava zamanı sözügedən şəxs Botikovu kəmərlə boğaraq öldürüb. Polis qətli törədən şəxsi saxlayıb və o, öz təqsirini boynuna alıb. Onun əvvəllər ağır cinayətə görə məhkum olunduğu bildirilir. Davanın hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.//Qafqazinfo
Oxunub: 80
Xəbəri paylaş
Paylaş: