Bu şəxslər 600 manat cərimə olunacaqlar
Azərbaycanda jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə edənlərin 600 manatadək cərimələnməsinə dair layihə qəbul olunub.
Milli Məclisin bu gün keçirilən plenar iclaısnda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
Dəyişikliklə jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Oxunub: 146
Xəbəri paylaş
Paylaş: