Türkiyədə silahlı insident -
Yaralılar var
Türkiyənin Adana şəhərindəki gecə klublarından birində silahlı insident yaşanıb. Məlumatı Türkiyə mediası yayıb. Bildirilib ki, iki silahlı qrup arasında baş verən silahlı insident zamanı 5 nəfər yaralanıb. Hadisə yerinə polis əməkdaşları, təcili yardım cəlb edilib. İnsident zamanı istifadə edilən 2 ədəd tapança maddi sübut kimi götürülüb. İnsidentlə əlaqədar bir neçə nəfər saxlanılıb. Atışmanın hansı səbəbdən baş verdiyi açıqlanmayıb. Faktla bağlı təhqiqata başlanılıb.
Oxunub: 85
Xəbəri paylaş
Paylaş: