Ali məktəblərdə dövlət imtahanları ləğv edildi
Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil. Bu, 2020-ci təsdiq olunan təhsil standartında var idi. Globall.az xəbər verir ki, bunu Report-a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazirin sözlərinə görə, 2023-2024-cü ildə ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər: “2020-2021-ci ildə universitetə qəbul olanlar ali məktəbi bitirəndə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər isə köhnə standartlarla təhsil alanlardır”.
Oxunub: 96
Xəbəri paylaş
Paylaş: