Nazirdən yeni rəis təyinatı
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi polis mayoru Cavid İsmayılzadə vəzifəsindən azad edilərək, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə rəis təyin edilib.
Hələlik onun yerinə təyinat yoxdur.
Oxunub: 249
Xəbəri paylaş
Paylaş: