İblislə də əməkdaşlığa hazıram -
Erməni nazir
“Biz İblislə belə əməkdaşlığa hazırıq”. Globall.az xəbər verir ki, bunu Milli Assambleyada müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi parlament komissiyasının iclasında Ermənistan Respublikası hökumətinin proqramının (2021-2026) icrasının gedişi və nəticələrinə dair hesabatı təqdim edərkən ölkənin müdafiə naziri Suren Papikyan deyib. “Biz ordumuzun liderləriyik. Biz onun bir hissəsiyik. Ordumuzun problemlərinin həlli üçün mən hər kəslə əməkdaşlığa hazıram. Lazım gələrsə, hətta İblislə də əməkdaşlığa hazıram. Təki ordumuza az da olsa fayda gətirsin”, - deyə nazir əminliklə bildirib.
Oxunub: 124
Xəbəri paylaş
Paylaş: