“Aprel döyüşlərinin sənədlərini mənə vermirlər”- Ohanyan
"Mənə 2016-cı ilin aprelində baş vermiş eskalasiyanın (Aprel döyüşləri - red.) səbəb və şəraitini araşdırmaq üzrə parlament komissiyasının hesabat materialları ilə tanış olmaq icazəsi verilməyib".
Erməni mediası xəbər verir ki, bunu oktyabrın 29-da Ermənistan parlamentində keçirdiyi brifinqdə müxalifətdə olan “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.
Deputat xatırladıb ki, məhz o, Müdafiə Nazirliyi çərçivəsində xüsusi istintaq komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib, o zaman bütün problemləri müəyyən edib və vəziyyətin təhlilini təqdim edib.
“Mənim üçün heç bir sirr yoxdur. Qeyd olunan sənədlərdə göstərilən məlumatlardan xəbərim var. Əslində mən parlament komissiyasının hesabatı ilə tanış olmağa icazə almaq üçün sənədləri təqdim edənlərdən biriyəm, baxmayaraq ki, daha çox şey bilirdim”, - Ohanyan bildirib.
Oxunub: 195
Xəbəri paylaş
Paylaş: