Bakıda yataqxana binasında güclü yanğın
Bakıda yataqxana binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Xətai rayonunda doqquzmərtəbəli yataqxana binasının altıncı mərtəbəsinin dəhlizində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac və giriş kabeli 1 p.m yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 193
Paylaş: