Gəncədə yem mağazası yanıb
Gəncədə yem mağazasındakı yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirlıyi məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 112 m² olan birmərtəbəli tikilinin (yem və kənd təsərrüfatı məhsullarının satışı mağazası kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 36 m² sahədə və içərisinə yığılan 1,5 ton məhsul yanıb. "Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.
Oxunub: 153
Xəbəri paylaş
Paylaş: