Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • PREZİDENT NAZİRİ QƏBUL ETDİ, MƏMURLARI HƏDƏLƏDİ: "Ən vacibi odur ki, get təmiz işlə, rüşvət alma..."
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • QARAYEVİN DAĞIDICI TAMAHI, RÜŞVƏT PİRAMİDASI... - Deputatdan naziri bitirəcək yazı
  • NAZİR QOVULDU, MÜAVİN HƏBSDƏ, BİRİNCİ MÜAVİN İŞ BAŞINDA... - “Vaqif Əliyev, sən hara baxırdın?!”
  • Qarayev - Sultanov tandeminin tarixi abidələrimizə vurduğu zərbə - Aİ-nin direktor müavininin yazısı

    • Tarix: 26-05-2020, 09:35



    "Bu Nazirliyin istintaqa cəlb edilmiş məmurlarının arxeoloji abidələri acınacaqlı vəziyyətə salan əməlləri xatırlanmır"


    Nəcəf Müseyibli
    AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
    elmi işlər üzrə direktor müavini,
    tarix elmləri doktoru, professor 

    Son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kadr islahatları, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən antikorrupsiya tədbirləri cəmiyyətdə birmənalı olaraq dəstəklənir. 

    Alimlərin, ziyalıların xüsusilə alqışladıqları əsas hadisə isə əlbəttə, Mədəniyyət Nazirliyindəki bəzi məmurların qanuna zidd fəaliyyətlərinə son qoyulmasıdır. Bu Nazirlik çoxşaxəli fəaliyyət istiqamətlərinə malikdir və burada həyata keçirilən antikorrupsiya tədbirləri barədə istər hüquq-mühafizə qurumlarının, istərsə də mətbuat orqanlarının şərhlərində bir çox sahələrdəki qanunsuzluqlardan bəhs edilmişdir.


    Qarayevin və onun sadiq kadrı Sultanovun yarıtmaz əməlləri nəticəsində bir sıra arxeoloji abidələr yer üzündən silinmişdir


    Lakin bu zaman həmin Nazirliyin istintaqa cəlb edilmiş məmurlarının arxeoloji abidələri acınacaqlı vəziyyətə salan əməlləri xatırlanmır. Halbuki, qeydə alınmış tarixi abidələrin böyük əksəriyyəti arxeoloji abidələrdir. Azərbaycanın yazıya qədərki minillikləri əhatə edən bütün qədim tarixi bütövlükdə, eyni zamanda orta əsrlər tarixinin böyük bir qismi məhz arxeoloji abidələrin qazıntıları ilə tədqiq edilir. 

    Arxeoloji abidələr həm də erkən dövlətçilik ənənələrinin, etnogenez tarixinin tədqiqi üçün başlıca mənbələr olmaqla xalqımızın bu torpaqlara tarixi bağlılığının sübutlarıdır. Bir sözlə, digər tarixi abidələrlə birlikdə arxeoloji abidələr xalqımızın milli pasportudur.

    Hamının görə bildiyi memarlıq abidələrindən fərqli olaraq arxeoloji abidələri çox halda yalnız mütəxəssislər müəyyən edə bilirlər. Buna görə də çox zaman adi torpaq təpə kimi görünən, əslində isə qədim tariximizə aid yüz illərin, min illərin informasiyasını özündə saxlayan arxeoloji abidələr daha çox dağıntılara məruz qalır. Bu dağıntı prosesləri xüsusilə də son 15-20 ildə ölkəmizdə gedən iqtisadi inkişafla bağlı olaraq iri miqyaslı tikinti, təsərrüfat işləri, torpaqların paylanması ilə bağlı yeni ərazilərə müdaxilələr nəticəsində daha da sürətlənmişdir. Eyni zamanda təbii proseslər və qızıl axtaranların əməlləri nəticəsində də bir sıra arxeoloji abidələr məhv edilmişdir.

    Əslində abidələrin dağılmasının yalnız bir səbəbi var, bu da abidələri qorumağa cavabdeh olan Mədəniyyət Nazirliyinin biganəliyidir. Nazirliyin bu sahəyə məsul əməkdaşlarının və şəxsən sabiq nazir Əbülfəs Qarayevin, onun sadiq kadrı Zakir Sultanovun yarıtmaz əməlləri nəticəsində Respublikamızda abidələrin mühafizəsi işi acınacaqlı vəziyyətə düşmüşdür. 

    Adları, ünvanları və müvafiq inventar nömrələri qorunan abidələr siyahısında qeyd olunan abidələr dağıntılara məruz qalmış, bir sıra arxeoloji abidələr yer üzündən silinmişdir. Bütün dağıntılar barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Mədəniyyət Nazirliyini mütəmadi olaraq məlumatlandırmışdır. Abidələrin dağıntılarına aid çoxsaylı faktlar var və onların hamısını yalnız bir yazıda göstərmək mümkün deyil. Məsələyə aydınlıq gətirmək üçün bəzi faktları qeyd etmək olar.


    Ağstafa şəhərində neolit dövrünə aid yaşayış yeri tam məhv edilib, abidə tam dağıdılaraq su anbarına çevrilib


    Nazirlər Kabinetinin 2001-ci il 02 avqust tarixli qərarı ilə təsdiq edilmiş abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsü siyahısında dünya əhəmiyyətli abidələr kateqoriyasında göstərilən, Ağdam rayonunun Quzanlı kəndində, bilavasitə düşmənlə təmas xəttinə yaxın yerdə yerləşən xalkolit dövrünə (e.ə. IV minilliyə) aid Leylatəpə yaşayış yeri üzərində neçə illərdir ki, restoran tikilmişdir. 

    Digər bir misal. Ağstafa şəhərində neolit dövrünə (e.ə. VI minilliyə) aid Şomutəpə yaşayış yeri tam məhv edilmiş, həmin yerdə evlər tikilmişdir. Halbuki Leylatəpə və Şomutəpə abidələrinin adları ilə bütöv arxeoloji mədəniyyətlər adlandırılmışdır və həmin mədəniyyətlərə aid abidələr qonşu ölkələrin ərazilərində də aşkar edilmişdir. Beynəlxalq əhəmiyyətə malik bu abidələri görmək üçün ölkəmizə gələn əcnəbi alimlər də həmin acınacaqlı mənzərənin şahidi olmuşlar.

    Ağstafa rayonu ərazisində neolit dövrünə aid unikal abidələrdən biri olan Həsənsu yaşayış yerində biz 2009-2011-ci illərdə arxeoloji qazıntılar aparmışdıq. 


     Həsənsu yaşayış yerində tapılan abidə

    2019-cu ilin may ayında həmin abidənin yerli fermer tərəfindən tam dağıdılaraq su anbarına çevrildiyini gördük. Bununla əlaqədar Zakir Sultanova İnstitumuzdan göndərilən rəsmi məktuba bir ilə yaxın vaxt keçməsinə baxmayaraq heç bir cavab alınmamışdır. Abidəni dağıdan şəxsin adının da Zakir Sultanova yaxşı məlum olmasına baxmayaraq heç kəs cəzalandırılmamışdır.

     Həsənsu yaşayış yerində tapılan abidə dağıdıldıqdan sonra

    Həmin illərdə Ağcabədi rayonu ərazisində işləyən Azərbaycan-Almaniya arxeoloji ekspedisiyası bölgədə 100-dən artıq arxeoloji abidələr aşkar etmişdir. Eyni zamanda ekspedisiya bu abidələrin bir çoxunun əsil vandalizm əməlləri nəticəsində dağıdıldığını müəyyən etmişdir. 

    Bu barədə Mədəniyyət Nazirliyinə məlumat verilsə də heç bir tədbir görülməmişdir. Buna görə də Almaniya arxeoloqlarının xahişi əsasında həmin ölkənin Xarici İşlər Nazirliyindən Azərbaycanda abidələrin dağıntılara məruz qalması barədə Respublikamızın Xarici İşlər Nazirliyinə müraciət daxil olmuşdur və bununla da bu problem beynəlxalq səviyyəyə qaldırılmışdır. Əslində bu, ölkəmizdə abidələrin qorunması işinin Mədəniyyət Nazirliyi timsalında rüsvayçı vəziyyətdə olduğunun əyani nümunəsi idi.


    Mədəniyyət Nazirliyinin saxta rəyinə görə Albaniya tarixinin 20-dən artıq abidəsi məhv edilib


    Əlbəttə, həyat keçirilən böyük tikinti layihələri ölkəmizin iqtisadi inkişafına, daha da güclənməsinə xidmət edir. Həm Respublika, həm də beynəlxalq qanunvericilikdə iri miqyaslı tikinti işlərindən əvvəl ərazinin arxeoloji tədqiqini nəzərdə tutan müddəalar yer almışdır. 2007-2010-cu illərdə inşa edilmiş Oğuz-Qəbələ-Bakı su kəmərinin tikinti işlərinə başlamazdan əvvəl İnstitumuzdan “Azərsu” ASC-ə tikinti sahəsindəki abidələrin tədqiq edilməsi üçün müraciət edilmişdir. 



    Lakin həmin təşkilatdan İnstitumuza daxil olmuş məktubda bildirilirdi ki, Mədəniyyət Nazirliyi tikiləcək su kəməri dəhlizində abidələrin olmadığı barədə rəy vermişdir. Məhz buna görə də bizim həmin tikinti sahəsində arxeoloji tədqiqatlar aparmaq üçün etdiyimiz bütün müraciətlər fayda vermədi. Nəticədə həmin su kəmərinin tikintisi zamanı qədim Azərbaycan dövləti olan Albaniya tarixinin 20-dən artıq abidələri – yaşayış məskənləri və qəbirlər dağıdılaraq məhv edildi. Halbuki tikinti başlanana qədər həmin abidələri xilas etmək mümkün idi.

    Hələ təxminən 10-11 il əvvəl mən Mədəniyyət nazirinin iştirak etdiyi yığıncaqlardan birində çıxış edərək bölgələrdə arxeoloji abidələrin davamlı şəkildə dağıdılmasını ona bildirdim və buna aid konkret faktlar göstərdim. Sonrakı illərdə mən “Xalq qəzeti”, “Azərbaycan” qəzeti kimi rəsmi dövlət qəzetlərində abidələrin dağıntılara məruz qalması, onların mühafizəsinin yolları barədə dəfələrlə yazılar çap etdirmişəm. Lakin bütün bunlara Mədəniyyət Nazirliyindən heç bir reaksiya göstərilməmişdir.


    596 466 manat büdcə vəsaitinin hara sərf edildiyi məlum deyil


    Bu günə qədər Mədəniyyət Nazirliyinin tarixi-arxeoloji abidələrlə bağlı hər hansı uğurlu layihəsi məlum deyildir. Bir sıra arxeoloji, memarlıq və arxeoloji-memarlıq (Suraxanı, Qala qoruqları) abidələrinin xilas edilməsi, abadlaşdırılması, beynəlxalq səviyyədə təbliğ edilməsi, UNESCO-nun dünya irs siyahısına daxil edilməsi (Qobustan, İçərişəhər, Şəki xan sarayı) və digər bu kimi möhtəşəm mədəni tədbirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsidir.

    Tarix və mədəniyyət abidələrinin siyahısı son dəfə Nazirlər Kabinetinin 2001-ci il 02 avqust tarixli qərarı ilə təsdiq edilmişdir. O vaxtdan indiyə qədər arxeoloqların çöl tədqiqatları nəticəsində yüzlərlə abidələr aşkar edilmişdir.

    Sual olunur: ağır 90-cı illərin sonlarında Elmlər Akademiyası və Mədəniyyət Nazirliyinin apardıqları işlər nəticəsində 2001-ci ildə abidələrin siyahısı tərtib və təsdiq edildiyi halda nəyə görə son 20 ildə Respublikamızın inkişaf etdiyi bir dövrdə bu sahəyə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq bu siyahı yenilənməmiş və yenidən təsdiq edilməmişdir? Arxeoloqların yeni aşkar etdikləri abidələrin siyahıları, onlar haqqında məlumatlar davamlı olaraq Mədəniyyət Nazirliyinə təqdim edilmişdir.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bir ay sonra – 2014-cü il 31 yanvar tarixində “Azərbaycan” qəzetində nəşr etdirdiyim məqalədə bu Proqramdan irəli gələn tapşırıqların yerinə yetirilməsi üçün AMEA və bu Proqramın icrasına başlıca cavabdeh qurum olan Mədəniyyət Nazirliyinin gələcək birgə fəaliyyətini geniş şərh etmişdim. Həmin yazıdakı bütün təklifləri yenidən təkrara etmək fikrim yoxdur. Proqramda bir neçə tədbirlərin icraçıları sırasında AMEA-nın göstərilməsinə baxmayaraq Mədəniyyət Nazirliyi Respublikanın bu əsas elmi təşkilatı ilə əməkdaşlıq etməmişdir.

    Yalnız bir misal: Dövlət Proqramının 2.1.1. maddəsində “Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtibi və təsdiqi” nəzərdə tutulmuşdur. Bu işin əsas icraçıları isə əlbəttə Mədəniyyət Nazirliyi və AMEA göstərilmişdir. Lakin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nəyə görə isə bu işlərin icrası üçün tender keçirmiş, bu tenderin “qalibi” “NKT” MMC olmuş, müstəsna olaraq arxeoloq və memar mütəxəssislərin yerinə yetirə biləcəkləri işlər hansısa MMC-ə tapşırılmışdır. AMEA isə bu işlərdən kənarda qalmışdır.

    Həmin tenderlə elan olunmuş işlər və ayrılan vəsaitlər barədə məlumatlar bunlardır: (https://etender.gov.az/media/contracts-register)
    Dövlət mühafizəsinə götürülmüş daşınmz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarının hazırlanması işləri - 48262 AZN. (Əslində abidələrin mühafizə zonaları hazırlanmır, bu absurddur. Bu zonalar abidələrin xüsusiyyətlərindən asılı olaraq alimlər tərəfindən müəyyən edilir. M.N.).



    Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlarının hazırlanması işləri - 48262 AZN.
    Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması - 296026.6 AZN.
    Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin inventarlaşdırılması ( monitorinqi) və mühafizə zonalarının layihələrinin hazırlanması işləri - 203915.8 AZN.

    Göründüyü kimi 596 466, 4 manat (600 min AZN yaxın) büdcə vəsaitinin hara sərf edildiyi məlum deyil. Alimlərin işlərinin MMC-ə tapşırılması səbəbləri də məlum deyil. Dövlət Proqramının icra müddətinin bu il başa çatmasına baxmayaraq Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir.


    Bəs vəziyyətdən çıxış yolu nədir?


    Bunun üçün aşağıda göstərilən növbəti addımların atılmasını təklif edirik:

    1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanun yenidən işlənib hazırlanmalı və qəbul edilməlidir. Çünki 1998-ci ildə qəbul edilmiş bu Qanuna Mədəniyyət Nazirliyinin səyləri ilə son 10 ildə çoxsaylı (45 dəfə) dəyişikliklər edilmiş və o tanınmaz hala düşmüşdür. Qanundan AMEA-nın adı və hüquqları ümumiyyətlə çıxarılmışdır. Bu zaman AMEA-nın rəyi ümumiyyətlə öyrənilməmişdir. Halbuki “Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən dövlət ali elmi təşkilatıdır”. Tarixi abidələrlə AMEA Mədəniyyət Nazirliyindən daha çox, hər gündəlik təmasdadır, çünki onların tədqiqatlarını həyata keçirir və ilkin mühafizəsini təmin edir. Bu Qanunun bəzi müddəaları “Elm haqqında” Qanuna ziddir.



    Başqa bir misal. Mövcud Qanunun 7-ci maddəsindəki “Təsdiqlənmiş siyahıya daxil edilmiş abidənin həmin siyahıdan çıxarılmasına yol verilmir” sözləri 2012-ci ildə edilmiş dəyişikliklə çıxarılmış və abidənin siyahıdan çıxarılması mümkünlüyü təsbit edilmişdir. Məhz bu dəyişiklik sonrakı illərdə Bakı şəhərində aparılan tikinti-abadlıq işləri zamanı tarixi-memarlıq abidələrinin bir qisminin tamamilə məhv edilməsi üçün Zakir Sultanova imkanlar yaratmışdır.

    2. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ləğv edilməlidir, onun əvəzində Nazirlər Kabineti nəzdində “Tarixi abidələrin mühafizəsi Komitəsi” yaradılmalıdır. Bu Komitə yarı inzibati, yarı elmi qurum olmalıdır. Çünki abidələrin mühafizəsi və tədqiqi biri-biri ilə sıx bağlıdır. Mühafizə abidənin elmi əsaslandırılmasından, tədqiqatın elmi tutumu isə abidənin mühafizə dərəcəsindən asılıdır.
    Komitənin işlərinə tarixi abidələr üzrə təcrübəli mütəxəssislər, ən vacibi isə vətənpərvər insanlar cəlb edilməlidir. Yeni Komitə yaradılmazsa və onun rəhbərliyinə bu sahədən xəbərsiz və ya az məlumatlı təcrübəsiz birisi təyin edilərsə həmin şəxs Z.Sultanovun əməllərini təkrarlamağa məhkumdur.
    Təcrübə göstərir ki, Mədəniyyət Nazirliyinin tabeçiliyində olmayan tarix-memarlıq qoruqlarında (məsələn “İçərişəhər”də, Şəkidə) inkişaf göz qabağındadır.

    3. Yaradılacaq Komitənin ilk yerinə yetirəcəyi iş Respublika ərazisindəki tarixi abidələrin yeni siyahısının hazırlanması olmalıdır. Bunun üçün arxeoloq və memar mütəxəssislər abidələrin ünvanlarını, koordinatlarını, mühafizə zonasını, elmi səciyyəsini müəyyən etməli, inventarlaşdırma və pasportlaşdırma işlərini yerinə yetirməlidirlər.

    Qarşıda çoxlu vəzifələr durur. Onların icrası üçün AMEA ilə sıx əməkdaşlıq edilməlidir. Tarixi abidələrin tədqiqatları, onların mühafizəsinin təşkilinin elmi əsasları üzrə AMEA-nın arxeoloq və memarlardan ibarət böyük potensialı vardır. Ölkənin başlıca elmi qurumunun imkanlarından istifadə etmək lazımdır. Ümumiyyətlə elmi əsaslandırılmış bünövrəsi olmayan hər hansı bir işdən uğur gözləmək əbəsdir. Mədəniyyət Nazirliyində baş verən hadisələr buna sübutdur.

    Oxunub: 574
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.