Putin: “Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma hərbi ittifaq yaratmırıq”
“Biz Çinlə hərbi-texniki əməkdaşlığı inkişaf etdiririk, amma bu hərbi ittifaq deyil”. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yerli telekanallara müsahibəsində deyib. O bildirib ki, bu əməkdaşlıq Qərb üçün təhlükə deyil: “Doğrudur, bizim Çinlə hərbi əməkdaşlığımız var. Amma burada gizli bir məsələ yoxdur, hər şey məlumdur”. V.Putin Rusiyanın başqa ölkələrlə də hərbi əməkdaşlığın olduğunu xatırladıb.
Oxunub: 81
Xəbəri paylaş
Paylaş: