Bakı sakininin bank hesabından pul oğurlanıb
Bakı sakininin bank hesabından pul oğurlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 24-də paytaxt sakini olan bir nəfərin bank hesabından 1180 manatını oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Niyaməddin İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oxunub: 93
Xəbəri paylaş
Paylaş: