Əfqanıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlanıb- Əşrəf Qani liderdir

Azərtac xəbər verir ki, bu barədə Əfqanıstan Müstəqil Seçki Komissiyasının sədri Hava Alem Nuristani məlumat verib. O deyib ki, səsvermədə 2 milyondan az vətəndaş iştirak edib. Çox sayda bülleten etibarsız hesab olunub.
Xatırladaq ki, bu, Əfqanıstanda 2001-ci ildə “Taliban” rejiminin süqutundan sonrakı dövrdə keçirilmiş dördüncü prezident seçkiləridir. Qeyri-sabit şəraitdə seçkilərin keçirildiyi gün törədilən 113 hücum nəticəsində ən azı 32 nəfər həlak olub, 123 nəfər yaralanıb.
Oxunub: 412
Xəbəri paylaş
Paylaş: