Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında sıxlıq yaranıb. Bu barədə “Report”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 4. "20 Yanvar" dairəsində; 5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 7. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində; 8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 11. Şəmsi Bədəlbəyli küçəsi, "Qış" parkının qarşısından Mərkəzi Bank istiqamətində; 12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 14. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində; 15. Zərifə Əliyeva küçəsində; 16. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 17. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində; 18. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.