Prokurorluq: "Sabirabadda 8 yaşlı uşağın meyitinin tapılması ilə bağlı araşdırma aparılır"
Sabirabad rayonunda 8 yaşlı uşağın meyitinin tapılması ilə bağlı araşdırma aparılır. Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, martın 28-də rayonun Məmişlər kənd sakini, 2015-ci il təvəllüdlü Siyasət Cəfərovun yaşadığı evin qarşısında meyitinin aşkar edilməsi faktı ilə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma davam etdirilir.
Oxunub: 35
Paylaş: