Rusiyanın Sverdlovsk vilayətində qaz kəmərində partlayış olub
Sverdlovsk vilayətinin Pelım şəhər dairəsində qaz kəmərində partlayış, ardınca isə yanğın baş verib. “Report” xəbər verir ki, bu barədə TASS-a dairənin rəhbəri Şahid Əliyev bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində ölən olmayıb. “Bəli, qaz kəmərində partlayış olub. Orada adam olmayıb. Boruda qazın qalıqları yanıb, yanğın olub”, - Əliyev deyib. Onun sözlərinə görə, hadisə saat 22:00 (Bakı vaxtı ilə 21:00) radələrində baş verib.
Oxunub: 82
Xəbəri paylaş
Paylaş: