BƏƏ Prezidenti yeni vitse-prezident və Əbu-Dabinin vəliəhdini təyin edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti və Əbu-Dabinin hökmdarı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yeni vitse-prezident, həmçinin Əbu-Dabi vəliəhdi və iki hökmdar müavini təyin edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BƏƏ xəbər agentliyi məlumat yayıb. Federal Milli Şuranın təsdiqi ilə Şeyx Məhəmməd çərşənbə günü qardaşı Şeyx Mənsur bin Zayed Əl Nəhyanı BƏƏ-nin baş naziri və Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla birlikdə çalışacaq vitse-prezident təyin edilməsi haqqında fərman verib. Yeni vitse-prezidentin təyin olunması ilə dövlət başçısının eyni anda iki müavini olacaq. Şeyx Xalid bin Məhəmməd Əl Nəhyan Əbu-Dabinin vəliəhd şahzadəsi olub. Dövlət başçısı həm də prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışan qardaşları, şeyxlər Həzzə və Təhnuanı əmirlik hökmdarlarının müavinləri təyin edib.