Filippində gəmidə yanğın olub, azı 12 nəfər ölüb
Filippində sərnişində gəmisində baş verən yanğında azı 12 nəfər ölüb. “Report” yerli “ABS-CBN”ə istinadən xəbər verir ki, ölənlərdən azı üçü uşaqdır. Mediaqrupun məlumatına görə, yanğın Baluk-Baluk adasının sahilində başlayarkən “Lady Mary Joy 3” gəmisində təxminən 200 sərnişin olub. 57 sərnişin xilas edilib, onlardan 14-ü xəstəxanaya yerləşdirilib. Sahil mühafizəsi itkin düşənlərin axtarışını davam edir. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 80
Xəbəri paylaş
Paylaş: