Misirdə kilsədə yanğın zamanı 41 nəfər həlak oldu
Misirdə kilsədə baş verən yanğın zamanı azı 41 nəfər ölüb. "Misir Kopt Kilsəsi səhiyyə orqanlarına istinadən bildirir ki, Qahirədə kilsədə baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb", - agentlik bildirib. Kilsəyə 5 min insanın toplaşdığı qeyd edilir. Yanğın başlayandan sonra izdiham yaranıb. Daha əvvəl yerli media Misirin Giza şəhərində kilsədə baş verən yanğında azı 35 nəfərin öldüyünü, 45 nəfərin yaralandığını bildirib. (report)
Oxunub: 213
Xəbəri paylaş
Paylaş: