Türkiyədə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 24 nəfər yaralanıb
Türkiyənin Dənizli əyalətinin Buldan rayonunda turistləri daşıyan avtobusun başqa bir avtomobillə toqquşması nəticəsində 1 nəfər ölüb, 24 nəfər yaralanıb. “Repor” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, hadisə Dənizli-Buldan avtomobil yolunun Tosunlar hissəsində baş verib. Yaralılar avtobusun sərnişinləridir, onlar hospitala yerləşdirilib. Ölən isə digər avtomobilin sərnişini olub. Faktla bağlı araşdırma başlanılıb.
Oxunub: 88
Xəbəri paylaş
Paylaş: