ABŞ “Aeroflot”un ixrac məhdudiyyətlərini daha 180 gün uzadıb
ABŞ Ticarət Nazirliyi Rusiyanın “Aeroflot” aviaşirkətinə ixrac məhdudiyyətlərini daha 180 gün müddətinə uzadıb.
“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq qərar Federal Reyestrin elektron məlumat bazasına (ABŞ hökumətinin sənədlər toplusuna) daxil edilib.
“Qərar dərhal qüvvəyə minir və 180 gün ərzində qüvvədə olacaq”, - ticarət nazirinin köməkçisi Metyu Akselrodun imzaladığı qərarda deyilir.
Oxunub: 88
Xəbəri paylaş
Paylaş: