ABŞ Belarusa qarşı sanksiyaları uzadıb
ABŞ-ın Belarusa qarşı sanksiyaları bir il uzadılıb. “RİA Novosti”nin məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Trampın imzaladığı bildirişdə deyilir.
Mətndə qeyd olunub ki, “Belarus hökumətinin müəyyən üzvlərinin hərəkətləri və prinsipləri ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhlükə yaradır”.
Qeyd edək ki, Belarusa qarşı sanksiyalar 16 iyun 2006-cı ildə ölkədə keçirilən seçkilərdən sonra tətbiq olunmuşdu. ABŞ-da həmin seçkilər qeyri-demokratik adlandırılmışdı.
Oxunub: 311
Xəbəri paylaş
Paylaş: