Ərdoğan 4 CHP-çidən prokurorluğa şikayət etdi -
söyüş və təhqirə görə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ağır söyüş və təhqirə görə 4 CHP üzvündən prokurorluğa şikayət edib.
“Report” xəbər verir ki, bunu ölkə başçısının vəkili Mustafa Doğan İnal bildirib.
Məlumata görə, prokurorluğa verilən şəxslər CHP-nin İzmir şəhər təmsilçiliyinin sədr müavini Yasin Ergül, CHP Gənclər Təşkilatları İzmir şəhər katibi və Qarabağlar bələdiyyəsinin məclis üzvü Dila Koyurga, İzmirin Qaziemir bələdiyyəsinin CHP-çi sədri Halil Arda və CHP İzmir şəhər təşkilatı üzvü Caner Güldür.
Prezidentin vəkili bu məsələni belə şərh edib: “Bu onu göstərir ki, möhtərəm Prezidentimizi təhqir etmək partiyanın (CHP-nin – red.) örtülü siyasətidir”.
Oxunub: 342
Xəbəri paylaş
Paylaş: