Xəzər rayonunda 34 yaşlı kişini avtomobil vurub
Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Əkbərov Rövşən Amil oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 102
Xəbəri paylaş
Paylaş: