Konqoda silahlılar üç kəndə hücum edib, 40-dan çox adamı öldürüb
Konqo Demokratik Respublikasının şərqində silahlılar 40 nəfəri öldürüb.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Onun sözlərinə görə, İturi vilayətinin Cuqu rayonunda ən azı üç kəndə hücum edilib.
Yerli hakimiyyət orqanları hücumların Konqo Dirçəliş Birliyinin üzvləri tərəfindən həyata keçirildiyini güman edir.
Oxunub: 96
Xəbəri paylaş
Paylaş: