Hindistan Çini keçdi -
yoluxanların ümumi sayı 165 799 oldu
Hindistanda COVİD-19 xəstəliyi səbəbilə qeydə alınan ölüm sayı pandemiyanın ortaya çıxdığı Çini keçib.
Xarici medianın məlumatına görə, ölkədə 4 min 711 nəfər infeksiya səbəbilə dünyasını dəyişib.
Çində isə bu rəqəm 4 min 634-dür.
NDTV kanalının xəbərinə görə, Hindistanda son 24 saat ərzində 7 min 466 nəfər virusa yoluxub. Bununla da ölkədə pandemiya yayılandan bəri yoluxma sayı ilk dəfə 7 mini ötüb. Yoluxanların ümumi sayı isə 165 min 799-dur.
Oxunub: 513
Xəbəri paylaş
Paylaş: