Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Anar: “Güneydəki qardaşlarımız Yerevanı ərzaqla təmin edir…”
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • Araşdırmaçı Ramiz Abutalıbov: "Stalinlə Rəsulzadə Moskvada bir binada yaşayıblar"

    • Tarix: 29-05-2020, 19:14



    Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinin araşdırmaçısı, görkəmli diplomat Ramiz Abutalıbov APA-nın Moskva müxbirinə maraqlı müsahibə verib.
    Globall.az həmin müsahibəni təqdim edir:

    -Ramiz müəllim, biz sizinlə Şərqdə ilk demokratik Respublikanın, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 102-ci ildönümü ərəfəsində görüşürük. Bu yaxınlarda sizin tarixçi Georgi Mamulia ilə birgə həmmüəllifi olduğunuz “Qafqazın azadlığı və müstəqilliyi uğrunda” (Prometey hərəkatı iştirakçılarının, müşahidəçilərin və əleyhdarların gizli sənəd və materiallarında) kitabı çapdan çıxıb. Kitabın məqsədi nədən ibarətdir. Bu kitab haqqında zəhmət olmasa məlumat verərdiniz.

    – Biz Georgi Mamulia ilə 20 ildən artıqdır ki, tanışıq. O, Fransada yaşayır. Təbiidir ki, Fransada yaşayan adamın arxivlərdə işləmək şansı daha çoxdur. Ona görə də, qarşımıza belə bir məqsəd qoyduq ki, Azərbaycan mühacirət tarixi ilə bağlı Fransa arxivlərindəki olan sənədləri ictimailəşdirək. Həmin arxiv sənədlərini belə deyək, elmi dövriyyəyə buraxaq. İndiyə kimi 1 000-dən artıq sənədi çap etmişik. Bu sənədlər indiyədək öyrənilməmişdi.
    Çap olunan sənədlər tarixçilər üçün böyük əhəmiyyət daşıyan materiallardır. Misal üçün tək elə dörd kitab Əlimərdan bəy Topçubaşovun arxivini çap etmişik. Burada 550-yə yaxın sənəd var. Bu kitabların çap olunmasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bizə kömək edib. Bu kitabların çap olunmasında əsas məqsəd tarixçələri indiyədək öyrənilməyən sənədlərlə tanış etməkdir. O ki qaldı çap olunan son kitaba, bu əsərdə 143 sənəd öz əksini tapıb.
    Maraqlı məqamlardan biri, bu kitabda həm Prometey hərəkatının tərəfdarlarının, həm də əleyhdarlarının məktubları və hesabatlarının çap olunmasıdır. Misal üçün bu kitabda SSRİ Dövlət Təhlükəsizlik orqanlarının hesabatlarına bu kitabda rast gəlmək olar. 1920-30-cu illərdə SSRİ daxilində Zaqafqaziya Sosialist Respublikaları adlı dövlət vardı. Onların baş siyasi idarəsi, o vaxt ona “QPU” deyirdilər, Tiflisdə yerləşirdi. Bu idarənin xarici agentlərlə əsas əlaqəsi Tiflisdən keçirdi. Ona görə də bu kitab hazırlanarkən Tiflis arxivindən tam istifadə olunub.
    Bundan başqa, Əlimərdan bəy Topçubaşovun arxivindən istifadə olunub.
    Eyni zamanda Fransanın həm dövlət arxivi, həm Xarici İşlər Nazirliyinin arxivi, həm də prefektura, yəni, polis arxivindən istifadə olunub. Çünki polisdə də çox maraqlı sənədlər olur.
    Beləliklə, bu kitab Fransa, Polşa, Gürcüstan və Fransada yaşayan gürcü mühacirlərin arxiv materialları əsasında bu kitab ərsəyə gəlib.
    Prometey hərəkatı 1920-ci illərdə Polşanın təşəbbüsü ilə yaranan antibolşevik xarakter daşıyırdı. Polşa Rusiyanı öz sərhədlərindən uzaqlaşdırmaq, onların əsarətində qalan xalqların müstəqilliyini istəyirdi. Məhz bu məqsədlə Prometey hərəkatı yaradılmışdı.

    -Prometey hərəkatında Azərbaycanlı mühacirlərin rolu nədən ibarət olub. Qafqazın azadlığı və müstəqilliyi uğrunda bu regionun təmsilçiləri bərabər səviyyədə mübarizə aparıblarmı? Bildiyim qədəri ilə Prometey hərəkatına daxil olan Qafqazın müstəqilliyi Komitəsinin rəyasət heyətinin üç sədrindən biri Məhəmməd Əmin Rəsulzadə dəfələrlə erməni emiqrant siyasi təşkilatlara digər qafqazlı xadimlərlə birlikdə Qafqaz Konfederasiyası Paktını imzalamağı təklif edib. Lakin ermənilər bu paktı imzalamaqdan boyun qaçırıblar. Belə çıxır ki, Qafqazın bolşevik işğalından azad olunaraq müstəqillik əldə etməsinə ən böyük zərbəni ermənilər vurublar.

    – Məsələ belə idi. Qafqazın müstəqilliyi Komitəsinin üç həmsədri vardı. Bunlar Azərbaycan, Gürcüstan və Şimali Qafqaz idilər. Digər ölkələrin nümayəndələri isə bir növ müşavir səviyyəsində iştirak edirdilər. Qurumun əsas orqanı “Prometey” jurnalı idi. Azərbaycan tərəfdən əsas yazar Məhəmməd Əmin bəy idi. 1917-ci ildə Müsavatın proqramına baxsanız, orada əsas məsələlərdən birinin Qafqaz xalqlarının birləşməsi məsələsinin qoyulduğunu görmək olar. Bu ideyanı Əlimərdan bəy Topçubaşov da hər zaman təbliğ edib.
    Azərbaycan tərəfi hər zaman Qafqaz xalqlarının birləşməsi və müstəqilliyini təbliğ edib. Lakin ermənilərin iddiası daha çox idi. Onlar Türkiyəyə ərazi iddiaları ilə çıxış edirdilər. Təbii ki, buna heç kəs razı olmurdu. Ancaq sizə deyim ki, iki nəfər Xaatisyan və Camalyan 1939-cu ilin sonu, 1940-cı ilin əvvəlində Qafqaz Konfederasiyasına daxil olmağa razılıq verirlər. Lakin daha gec idi. İkinci Dünya müharibəsi başlamışdı, Polşa istədiyi yardımı Qafqazlı mühacirlərə edə bilmirdi. Buna baxmayaraq Polşanın istəyi vardı.

    -Azərbaycanlı mühacirlərin 30-40-cı illərdə Almaniyadakı fəaliyyəti barədə danışmağınızı istərdik. Xüsusi ilə də Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı fəaliyyəti haqqında tarixi faktlar nəyi göstərir?

    – Məhəmməd Əmin bəy Türkiyədə yaşayırdı. Bu ölkədə onun nəşr etdirdiyi qəzet və jurnallar antisovet xətti daşıyırdı. Məhz buna görə vaxtaşırı Türkiyə hökuməti tərəfindən xəbərdarlıq alırdı ki, bir az antisvet tonu azaldılsın. Ancaq kəskin məqalələr çap olunmağa davam edirdi. Türkiyənin o zaman Sovetlər İttifaqı ilə müqaviləsi vardı ki, orada üçüncü qüvvənin bu ölkələrdə fəaliyyətinə imkan verilməməsi qeyd olunmuşdu.
    Üçüncü qüvvə isə Türkiyədə azərbaycanlılar idi. Bununla da 1929-cu ildə Məhəmməd Əmin Rəsulzadə Varşavaya köçməyə məcbur olur. Oradan isə Almaniyaya gedir. O, Almaniyada iki maraqlı qəzet və jurnal buraxılmışdı. Bunlar “İstiqlal” qəzeti  və “Qurtuluş” jurnalı idi. “Qurtuluş” alman dilində də nəşr olunurdu. 1930-cu illərdə Məhəmməd Əmin bəy Almaniyada ancaq təbliğat fəaliyyəti göstərib.
    Mühacirətdə azərbaycanlılar arasında müxtəlif fikirlər olub. Bəziləri Azərbaycanda Sovetlər İttifaqına qarşı üsyanın qaldırılmasının tərəfdarı olublar. Lakin Məhəmməd Əmin bəy deyirdi ki, bizim indi ancaq təbliğat etmək imkanımız var. Təbliğatla Azərbaycana münasibətdə ictimai fikir yaxşı istiqamətə dəyişmək olar.
    Daha sonra İkinci Dünya müharibəsi başladı. 1941-ci ildə Almaniya SSRİ-yə müharibə edəndən sonra 5 milyona yaxın Sovet əsgəri əsir düşdü. Burada bir maraqlı məqam var. Ondan heç kəs danışmır. Lakin bilmək lazımdır ki, Sovetlər İttifaqı əsirlərlə bağlı Qızıl Xaç Cəmiyyətinə üzv olmadığından və əsirlərlə bağlı Konvensiyaya qoşulmadığından bu ölkənin əsirlərinin vəziyyəti çox pis idi. Məhz bu zaman legion məsələsi ortaya çıxdı.
    Onu da deyim ki, Hitler əsirlərdən formalaşdırılan legionun tərəfdarı olmayıb. Legionlar təşkil olunanda almanlar sanballı mühacirləri danışıqlar aparmaq üçün Almaniyaya dəvət edirdilər. O zaman Almaniya hökumətində Şərq əraziləri nazirliyi yaradılmışdı. Həmin nazirlikdə Qafqaz departamenti fəaliyyət göstərirdi. Bu departamentin rəhbəri isə professor türkoloq şərqşünas Gerxard fon Mendey idi.
    Məhəmməd Əmin Rəsulzadənin danışıqları məhz onunla olub. Müəyyən vaxtdan sonra Məhəmməd Əmin bəy Almaniyadan müstəqillik məsələsində güzəştə gedilməyəcəyini anlayır.
    Bundan sonra Rəsulzadə Rumıniyaya gedir. Orada Türkiyənin bu ölkədəki səfiri Subhi Tanrıverin yanında qalır. Məhəmməd Əmin bəyi ikinci dəfə Almaniyaya çağırırlar. Yenə Gerxard fon Mendey Məhəmməd Əmin bəydən Azərbaycan legionunun formalaşmasına rəhbərlik iştirak etməyi xahiş edirdi. Lakin bu dəfə də onların danışıqları alınmır.
    Mən indi istəmirəm kimisə günahlandırım, lakin bizim tarixçilərimiz arasında da Məhəmməd Əmin bəyin Milli Komitəyə rəhbərlik etməsi haqqında fikirlər var. Ancaq ortaya çıxan sənədlər onu göstərir ki, Məhəmməd Əmin Rəsulzadə heç vaxt Milli Komitəyə rəhbərlik etməyib. Misal üçün, Türkiyədə 2004-cü ildə keçmiş legionçu Cabbar Məmmədzadənin (sonradan soyadını Ertürk etmişdi) xatirələri çap olunub. O yazırdı ki, bizim çoxsaylı xahişlərimizə baxmayaraq Məhəmməd Əmin bəy Azərbaycan Milli Komitəsinə başçılıq etməyə razılıq vermədi.
    Daha sonra Rusiya tarixçisi, Kazan Universitetinin professoru Gilyazov “Şərq legionları” adlı kitabında Azərbaycan milli Komitəsinə Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etməsi ilə bağlı danışıqlar aparılıb, lakin Rəsulzadə buna razılıq verməyib. Ən sanballı sənəd isə alman tarixçisi Patrik Mülenin “Qızıl ulduzdan Qamali xaça” kitabıdır. Orada qeyd olunur ki, Gürcüstan və Ermənistan milli komitələri kağız üstündə yaradılmışdısa da, Azərbaycan milli komitəsi ancaq Rəsulzadənin adı ilə bağlı bir epizod idi.
    Demək Azərbaycan Milli Komitəsinin Rəsulzadənin rəhbərliyi ilə yaradılması kağız üstündə də olmayıb. Daha sonra isə milli komitə başqa adla yaradılır və ona mayor Fətəli bəy Düdənginski rəhbərlik edir. Tarixi faktlar onu göstərir ki, Məhəmməd Əmin Rəsulzadə Hitler Almaniyası ilə əməkdaşlıq etməyib. 

    -Bu gün postsovet məkanında tarixin siyasiləşdirilməsi müşahidə olunur. Ancaq bu siyasiləşdirilmə tamamilə əsassız və səthi müqayisəli tarixi analizlərin və tarixi keçmişdə yeri olmayan faktların manipulyasiyası ilə müşayiət edildiyi zaman təəssüf hissi doğurur. Ermənistanın baş naziri Nikol Paşinyanın Məhəmməd Əmin Rəsulzadə ilə bağlı səsləndirdiyi iddialardan yəqin ki, xəbəriniz var. Bu dövrün araşdırmaçısı kimi Paşinyanın fikirlərinə münasibət bildirməyiniz çox maraqlıdır.

    – Yenə qayıdaq 40-cı illərin Almaniyasına, orada bir təbliğat naziri vardı, Gebbels. O deyirdi ki, yalanı yüz dəfə desən, axır kimsə inanacaq. Paşinyan da onun kimi, yalanı dəfələrlə deyir ki, bəlkə sonra kimsə inanacaq. Bir daha deyirəm, sənədlər və tarixi faktlar onu göstərir ki, Məhəmməd Əmin Rəsulzadə heç vaxt almanlarla əməkdaşlıq etməyib. Paşinyanın iddialarının heç bir sübutu ola bilməz. Bu gülünc bir şeydir. Yalan təbliğat üçün istifadə olunur.

    -Aydındır ki, Paşinyanın bu sayıqlamaları Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə beynəlxalq tribunalardan Ermənistanda faşist Qaragin Njdeyə abidə qoyulmasını dünya ictimaiyyətinə çatdırmasına qarşı uğursuz cəhddən başqa bir şey deyil.
    Lakin bununla belə Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından olan Məhəmməd Əmin bəyin, bütün səyləri Azərbaycanın və digər Qafqaz respublikalarının müstəqilliyinə nail olunmasına istiqamətlənən siyasi xadimin faşistlərin əlaltısı, nasist cəllad olduğu tarixi sənədlərlə təsdiqlənən Njde ilə müqayisə olunması nə dərəcədə etikdir?

    – Məhəmməd Əmin bəy Njde ilə heç vaxt müqayisə oluna bilinməz. Rəsulzadə 1917-ci ildən Qafqaz xalqlarının birliyinin tərəfdarı olub. Njdenin nəzəriyyəsində isə Qafqaz birliyinin tərəfdarı olmasına aid bir cümləyə belə rast gəlmək mümkün deyil. Njde hərbçi olub, Rəsulzadə isə jurnalist, publisist və siyasi xadim… Njdeni bəlkə də Düdənginski ilə müqayisə etmək olar. Çünki hər ikisi faşistlər tərəfində Sovetlər İttifaqına qarşı vuruşublar. 

    -Ramiz müəllim, Avropanın, xüsusi ilə də Fransa, Almaniya  və Polşa arxivlərinin Məhəmməd Əmin Rəsulzadənin faşist Almaniyası ilə heç bir işbirliyində olmamasını sübut edir. Maraqlıdır, Rusiya arxivləri bu barədə nə deyir? 

    – Rusiya arxivlərində də belə məlumata rast gəlinmir. Əgər belə bir sənəd və ya hansısa məlumat olsaydı ortaya çıxardı. Əksinə, Rusiyanın Dövlət arxivində tapılan sənəddə 30-cu illərdə SSRİ Dövlət Təhlükəsizlik Orqanının kəşfiyyat idarəsinin rəisi Pavel Fitin yazır ki, Qafqaz mühacirətləri arasında ən güclü siyasi xadim Məhəmməd Əmin Rəsulzadədir. Bundan başqa Rusiya Dövlət arxivində tapılan digər sənəddə isə Məhəmməd Əmin bəyin Polşada olan zaman bütün görüşləri haqqında SSRİ kəşfiyyatının məlumatlı olduğu qeyd olunub.
    Çox güman ki, Polşa xarici işlər nazirliyində SSRİ kəşfiyyatına işləyən adam olub, ya da ki, Rəsulzadənin ətrafındakılardan kimsə rus kəşfiyyatına işləyirmiş. Çünki sənəddə qeyd olunur ki, Rəsulzadənin görüşləri barədə məlumat həmin görüşlər baş verən gününün sabahı gəlirdi.
    Maraqlananlar oxuya bilər, kəşfiyyat generalı Lev Satskovun Moskvada “Neizvestnıy separatizm” adlı bir kitabı çıxıb. Orada o, bu haqda yazıb.

    -Məhəmməd Əmin bəyin Moskva həyatı haqqında arxivlər nə deyir?

    – Finlandiyada Tahirə Cəfərova adlı bir xanım yaşayır. Onun atasının əmisi Məmmədyusif Cəfərovu Cümhuriyyət dövründə Azərbaycanın xarici işlər naziri olub. Tahirə xanım öz ailəsi haqqında araşdırmalar aparan zaman Finlandiyada tatar cəmiyyəti arasında azərbaycanlıların olmasının mümkünlüyü barədə məlumat əldə edib.
    Finlandiya arxivlərində araşdırma aparan zaman Məhəmməd Əmin bəyin Petroqraddan, indiki Sankt-Peterburqdan Finlandiyaya qaçması barədə sənəd tapıb. Bu sənəddə Məhəmməd Əmin Rəsulzadənin sərhədi keçən zaman polis tərəfindən saxlanılması haqqında olub. Həmin sənəddə Rəsulzadənin izahatı qeyd olunub. Anket formasında olan izahatda Məhəmməd Əmin bəyin son Preçistinskiy bulvar, 29, mənzil 14-də, indiki Qoqolevskiy bulvar, 29 ünvanında yaşadığı qeyd olunub.
    Apardığımız araşdırmalar zamanı 20-ci illərdə həmin binada, 16-cı mənzildə Sovetlər İttifaqının Millətlər Nazirliyinin yerləşdiyi məlum olub.
    Millətlər naziri isə İosif Stalin olub. Stalin Rəsulzadəni öz yanında saxlayıb, eyni binada yaşayıblar.
    Belə bir versiya var ki, o zaman Stalinlə Nəriman Nərimanovun münasibətləri kəskin olub. O, Nərimanovun yerinə, Azərbaycan SSR-nin birinci katibi vəzifəsinə  Məhəmməd Əmin Rəsulzadənin gətirmək istəyirmiş. Stalinlə Məhəmməd Əmin bəy çox yaxın olublar. Moskvada onların bir binada yaşaması da buna işarə edir.   

    -Siz Azərbaycanın Cümhuriyyət və siyasi mühacirət tarixinin dəyərli araşdırmaçılarından birisiniz. Cümhuriyyət tariximizin araşdırılmayan dövrü, indiyədək öyrənilməyən səhifəsi qalıbmı?

    – Heç kəs deyə bilməz ki, bütün arxivləri öyrənib, sənədlərlə tanış olub. Əlbəttə, hələ öyrənilməyən sənədlər qalıb. Mən deyərdim ki, bizim mühacirət tarixinin İran hissəsi öyrənilməyib. Bilirik ki, İranda mühacirətdə olanlarımız çox olub. Çünki İran sərhədini keçmək o dövrdə çox asan idi.
    20-30-cu illərdə İranda çoxlu azərbaycanlı mühacirlər vardı. Hətta Müsavat partiyasının özəyi İranda fəaliyyət göstərirdi. Məhəmməd Əmin bəyin əmisi oğlu Məmmədəli Rəsulzadə, Müsavat Partiyasında müavini olmuş Mirzəbala Məmmədzadə mühacirət həyatlarını İrandan başlayıblar.
    Bizim mühacirətin İran dövrü yaxşı işlənməyib. Ümid edirəm, bu sahəni kimsə işləyəcək və ortaya yeni sənədlər, yeni faktlar çıxacaq. Bir maraqlı faktı deyim. Bakıda arxivdə belə bir sənəd tapılıb. Bu sənəd Məhəmməd Əmin bəy Türkiyədə mühacirətdə olan zaman Məmmədəli Rəsulzadəyə yazdığı məktubun sürətidir. İki əmioğlu məktublaşıblar, bu məktubun sürətinin Bakıya gəlib çıxması necə mümkün ola bilərdi? Bu onu göstərir ki, SSRİ kəşfiyyatı İranda gözəl işləyirmiş, poçt işçilərini pulla ələ alıb, məlumatlar əldə edirmişlər. Ona görə də, mühacirət tariximizin İran hissəsi ətraflı öyrənilməlidir.

    Oxunub: 679
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.