Serbiya Prezidentinin səhhətində problemlər yaranıb, xəstəxanaya yerləşdirilib
Serbiya Prezidenti Aleksandr Vuçiçin səhhətində problemlər yaranıb və o, xəstəxanaya yerləşdirilib. “Report” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb. Rəsmi qurumlar dövlət başçısının səhhəti barədə hələ ki açıqlama verməyib. O, 2019-cu ildə ürək-damar sistemində yaranmış problemlə əlaqədar Hərbi Tibb Akademiyasında müalicə olunub. Qeyd edək ki, A.Vuçiç 1970-ci il martın 5-də Serbiyanın Belqrad şəhərində anadan olub. 2017-ci il iyunun 1-dən ölkə prezidentidir.
Oxunub: 228
Xəbəri paylaş
Paylaş: