ABŞ-da atışma zamanı üç nəfər ölüb
ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində cümə günü atışma nəticəsində azı 3 nəfər ölüb, 1 nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə ABC televiziya şirkətinin yerli filialı polisə istinadən məlumat yayıb. Yaralı xəstəxanaya çatdırılıb, onun vəziyyəti barədə məlumat yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin və ya şəxslərin saxlanılması ilə bağlı məlumat verilmir.
Oxunub: 175
Xəbəri paylaş
Paylaş: