İlk ərəb kosmonavtı açıq kosmosa çıxıb
BƏƏ-dən olan kosmonavt Sultan Əl-Neyadi Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxıb və tarixdə bunu edən ilk ərəb olub. “Report” xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb. Əl-Neyadinin elektronika və rabitə mütəxəssisi olmaq üçün təhsil aldığı Brayton Universitetində ona “Kosmosun Sultanı” ləqəbi verilib. Xatırladaq ki, o, martın əvvəlində “SpaceX Falcon 9” hava gəmisinin göyərtəsində BKS-ə uçmuş və uzunmüddətli kosmik missiyada iştirak edən ilk ərəb olmuşdu. NASA-dan bildirilib ki, Əl-Neyadi həmkarı Stiven Bouen ilə birlikdə BKS-dən kənarda enerji sisteminin gələcək təkmilləşdirilməsinə hazırlaşmaq üçün elektrik kabelləri çəkəcək.
Oxunub: 204
Xəbəri paylaş
Paylaş: