Zaporojye AES yaxınlığında mina partlayıb
Bu həftə Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında mina partlayıb. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi məlumat verib. O bildirib ki, stansiyanın yaxınlığında bir mina partlayıb. Qrossinin sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin Zaporojye AES-də olan ekspertləri də raket hücumu xəbərdarlığından sonra sığınacağa qaçmağa məcbur olublar. Eyni zamanda, bölgədə döyüş əməliyyatları davam etdiyi üçün uzaqdan atəş səsləri də eşidilib.
Oxunub: 214
Xəbəri paylaş
Paylaş: