Meksikada avtobus qəzası nəticəsində azı 18 nəfər ölüb
Meksikanın cənubundakı Nayarit ştatının Kompostela bələdiyyəsində sərnişin avtobusun dərəyə aşması nəticəsində azı 18 nəfər ölüb, 33 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb. Qeyd edilir ki, bütün zərərçəkənlərin regionun müxtəlif xəstəxanalarına aparılıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir, qəzanın səbəbləri müəyyənləşdirilir.
Oxunub: 138
Xəbəri paylaş
Paylaş: