CNN: Rusiya Ukraynanın əks hücumuna hazır deyil
Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı qaçılmaz görünür və Rusiya buna hazır deyil. “Report” xəbər verir ki, bu barədə CNN yazıb. Qeyd edilir ki, Ukraynanın cəbhə xətti texnikanın hərəkəti və artilleriya atəşi ilə səs-küy salır, işğal olunmuş ərazilərdə Rusiyanın həyati əhəmiyyətli obyektlərinə zərbələr endirilir. “Ukraynanın müdafiə naziri, hazırlıqların başa çatmaq üzrə olduğunu söylədi və Prezident Volodimir Zelenski əks-hücumun baş tutacağına zəmanət verdi, lakin dəqiq başlanğıc tarixini açıqlamadı”, - CNN yazıb. “Ola bilsin, hücum artıq başlayıb və ya bir neçə həftəyə ola bilər”, - mətbu orqan əlavə edib.
Oxunub: 149
Xəbəri paylaş
Paylaş: